AZ

İkinci Liqa: 2023/2024 mövsümünün son turunun oyun cədvəli

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün sonuncu – 26-cı turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, son turun oyunları mayın 20-də və 21-də keçiriləcək.

Yeri gəlmişkən, Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək. Mayın 21-də Binə qəsəbə stadionunda baş tutacaq “Şəfa” – “Baku Sportinq” oyunundan sonra bu yarışın qızıl, gümüş və bürünc mükafatçıları təltif olunacaq, qalibə kubok təqdim ediləcək. Həmçinin mövsümün bombardir və ya bombardirlərinin mükafatları veriləcək.

İkinci Liqa
26-cı tur
20 may

“Qusar” – “Lerik”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Kürmük Qax” – “Göygöl”
Qax OİK stadionu, 16:00.

“Dinamo” – “Sheki City”
Binə qəsəbə stadionu, 16:00.

“Şahdağ Qusar” – “Ağdaş”
Şamaxı OİK stadionu, 17:30.

“Cəbrayıl” – “Füzuli”
Bakı. “ASK Arena”, 17:30.

21 may

“Kür-Araz” – “Şəmkir”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.

“Şəfa” – “Baku Sportinq”
Binə qəsəbə stadionu, 16:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
arena.az

1Mənbələr