AZ

Rus qoşunları Volçanskdan sıxışdırılır – “Düşmən qüvvələri şəhərdən qismən çıxarılıb”

Rusiya işğalçı qoşunlarının Xarkov istiqamətindəki hücum əməliyyatları səngiməyə başlayıb. Ukrayna tərəfi isə əks-hücum həmlələri həyata keçirməyə çalışır.

“AzPolitika” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı son məlumata görə, Ukrayna qüvvələri Xarkov vilayətinin Volçansk yaşayış məntəqəsindən Rusiya bölmələrini qismən sıxışdıraraq çıxarıb. Şəhərin şimal və şimal-qərb hissələrində əməliyyatlar davam edir.

Məlumatda qeyd olunur ki, Xarkov istiqamətində 3 hərbi toqquşma qeydə alınıb. Rusiya Liptsı kəndi istiqamətində hücuma keçməyə çalışır: “Düşmən təyyarələri Liptsı və Malaya Danilovka ərazilərinə iki zərbə endirib. Müdafiə Qüvvələri Volçansk ərazisində rus işğalçılarının hücum hərəkətlərini dəf edib, düşmən qüvvələrini yaşayış məntəqəsindən qismən çıxarıb”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
azpolitika.info

1Mənbələr