AZ

Uşağın yaxşı yaşayışı üçün alimentin məbləği nə qədər olmalıdır? - İqtisadçı

Uşağın yaxşı yaşayışı üçün alimentin məbləği nə qədər olmalıdır? - İqtisadçı

2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdır. Bəs bu məbləq bir uşağın yaşayış xərclərini kifayət edirmi?

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib:

O bildiirb ki, hazırda aliment məbləği bir uşağın bir ay ərzində keyfiyyətli təhsil, səhiyyə, qidalanma xərcləri üçün kifayət deyil".

"2024 uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Amma bu məbləğdə müəyyən çatışmamazlıq vardır. Çünki, biz yaşayış minimumu hesablanarkən təhsil səhiyyə xidmətlərinin ödənişsiz əsaslarla formalaşması nəzərə alınır. Ciddi xərclər nəzərədə tutulmur. Amma hazırki təhsil sistemi repetitor xidməti olmadan keyfiyyətli təhsil təqdim edə bilmir. Ona görə də insanlar repetitor yanına gedir. O da təxminən aylıq əlavə 250- 300 manat xərc deməkdir. Bu kimi məqamlar aliment müəyyən edilməsində nəzəra alınmır. Eyni zamandan islehlak səbətinin tərkibi 10 il bundan əvvəl təsdiq edilib. Amma dövr dəyişir, tələblər artır, həyat bahalığı yüksəlir. Hazırda müvafiq məbləqdə aliment bir uşağın bir ay ərzində keyfiyyətli təhsil, səhiyyə, qidalanma xərcləri üçün kifayət deyil".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
1
sonxeber.az

2Mənbələr