AZ

8 il əvvəl və indi: xaricdən pul alma və "yuma"nın "seçki" pərdəsi - TƏFƏRRÜAT

"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi" İctimai Birliyinin sədri, "Gozetci.az" saytının təsisçisi və rəhbəri Anar Məmmədlinin fəaliyyəti araşdırılır.

Onun gördüyü işlər "fəaliyyət" kəlməsinin hərfi mənasını kəsb edir, çünki əməlləri gerçəkdən də fəal, hətta hiperaktiv olub.

Cənab Məmmədli xarici təşkilatlardan "qrant" adı ilə aldığı maliyyə hesabına əməllərini reallaşdırıb və bunu gizlətməyib.

Məqsəd Azərbaycana qarşı irəli sürülən "insan haqları, azad seçkilər" narrativlərini saxtakarlıqdan çıxararaq gerçəklik fonuna qovuşdurmaq cəhdləri olub.

8 il əvvəl o, əməllərinə görə məsuliyyətə cəlb olunmuşdu.

Xatırladaq ki, 2014-cü ilin may ayında Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) əməkdaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədliyə hökm oxunub.

Anar Məmmədli 3 il ərzində dövlət, özəl və ictimai qurumlarda vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il vəzifə tutmaq hüququndan məhrum etməklə 3 il 6 ay həbs cəzasına məhkum olunmuşdu.

Elnur Məmmədliyə isə 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası kəsilmişdi.

Məntiqlə, səkkiz il az müddət deyil. Anar Məmmədli azadlığa çıxandan sonra, məmur lüğəti ilə yazsaq, "islah olunmalı, əməllərindən və əvvəlki niyyətindən əl çəkməli" idi.

Tam əksi oldu: niyyət daha da qətiləşdi, əməllərin intensivliyi ilə sayı çoxaldı.

Məhz bu səbəbdən o, 8 illik müddətdən sonra yenidən saxlanıldı.

İndi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsinin qərarı ilə Anar Məmmədli haqda 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Nə baş verir və ən əsası, niyə baş verir ki, eyni məcradakı əməllərə və elə həmin məzmundakı fəaliyyətə görə A.Məmmədli yenidən ailəsindən, evindən ayrı düşərək kameraya salınıb?

Səbəb trivialdır: qanunsuz sahibkarlıq, seçki saxtakarlığı və vergidən yayınma.

Onun uzun müddət müxtəlif şəxslərlə əlbir olaraq qrant layihələri adı altında beynəlxalq donor təşkilatlarından maliyyə vəsaitləri alıb, həmin vəsaitləri əsasən Gürcüstanın "TBC" bankında öz adına açılmış hesablar vasitəsilə yiyələnməsi və vəsaitlərin qanunsuz yollarla nağdlaşdırılaraq Azərbaycana gətirilməsi işinə rəhbərlik etməsi söylənir.

Bu məqsədlə o, əvvəlcə özü və yaxın ətrafı ilə birlikdə mərkəzi İsveçrədə yerləşən "Human Rights House Foundation" təşkilatına üzv olub, həmçinin digər xarici donor təşkilatlarla sıx əlaqələr qurub, ölkə daxilində ətrafında şəbəkə formalaşdırmaqla bəzi hallarda öz, bəzi hallarda isə şəbəkənin digər üzvlərinin adından çox saylı qrant layihələri hazırlayıb, müxtəlif şəxslər üçün formal əməkhaqqı, jurnalistlərə avadanlıq alışı və s. adlar altında maliyyə vəsaitləri cəlb edərək öz pulyuma mexanizmini formalaşdırıb.

Məlub olub ki, o, təkcə 2021-2024-cü illərdə Gürcüstanın "Human Rights House Tbilisi" təşkilatından 2.265 avro, Fransanın "Equal Rights İndependent Media" təşkilatından 4.570 avro, İsveçin "Swedish International Liberal Centre (SILC)" təşkilatından 12.625 ABŞ dolları, Norveçin "Norwegian Human Rights House Foundation" təşkilatından 24.850 avro, İsveçrədə yerləşən "Human Rights House Foundation" təşkilatından 27.020 avro, Belçikanın "International Partnership for Human Rights (IPHR)" təşkilatından 43.290 avro, ABŞ-ın "The National Endowment for Democracy (NED)" təşkilatından 53.770 avro, Çexiyanın "Prague Civil Society Centre" təşkilatından 59.850 avro, ABŞ-ın "The National Endowment for Democracy (NED)" təşkilatından 75.010 ABŞ dolları, ABŞ-ın "German Marshall Fund" təşkilatından 74.411 ABŞ dolları və 27.215 avro, habelə dəyəri 170.635 avro və 243.020 ABŞ dolları təşkil edən layihə sənədləri nəzərə alınmaqla ümumilikdə 1.441.200 AZN məbləğində qrant vəsaitləri əldə edib.

Bütün bunlar A.Məmmədliyə yetərli olmayıb. O, eyni zamanda müxtəlif şəxslərin beynəlxalq təlim və tədris proqramlarında iştirak etmələri, qrant layihələri ala bilməsi üçün tövsiyə məktubları hazırlayıb, digər şəxslər tərəfindən əldə olunan vəsaitlər də sonda onunla bölünüb.

O da vurğulanır ki, Anar Məmmədlinin müxtəlif şəxslərlə birlikdə qrant layihələri adı altında xarici təşkilatlardan maliyyə alması, Gürcüstanın "TBC Bank"ında öz adına açılmış dörd hesab vasitəsilə nəqdləşdirməsi və qanunsuz yollarla ölkəyə gətirməsi müəyyən edilib. Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq A.Məmmədli 2021-2024-cü illərdə aşağıdakı təşkilatlardan qrant layihəsi adı altında vəsait alıb və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsini təşkil edib:

Yəni ümumilikdə 1.441.200 manat vəsaiti əldə edən Anar Məmmədli həmin pulları bütünlüklə (!) vergilərdən, rəsmiləşdirilmədən yayındırıb.

Həmin vəsaitlərin xərclənməsinə və işçilərin xarici valyutada qonorarlar qəbul etməsinə dair qəbzlər aşkar olunub.

Yenə də bitmədi: dəyəri 170.635 avro və 243.020 avro təşkil edən layihə sənədləri də üzə çıxarılıb.

... Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətləri məhdudlaşdırılmayıb, xarici ölkələrdən, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətlərindəki fondlarla strukturlardan qrantlar almaq da yasaq deyil.

Prosedur sadədir: alınan məbləğlər rəsmi qeydiyyatdan keçirilməli, vergilərə cəlb olunmalı, QHT həmin maliyyə vəsaitini cəlb etdiyi layihəni və ya məqsədi göstərməlidir.

Bu qədər bəsit.

Sadalanan prosedur yerinə yetirilmirsə, xaricdən alınan pullar ən çeşidli yollarla Azərbaycan sərhədlərindən kənardakı hesablar vasitəsilə nağdlaşdırılırsa və ya fiziki şəxslərin ölkəmizdəki hesablarına sonradan yatırılırsa - bu, artıq qanunazidd əməllərdir.

Qanunun ziddinə olan əməl "demokratiya, azad seçkilər uğrunda mübarizə" təki pafosla, ibarələrlə pərdələnə bilməz.

Çünki qanun hamı üçün təkdir, dəyişməzdir.

"Qanunun aliliiyi uğrunda mübarizə aparmaq" pərdəsi altında varlanmaq, vergidən yayınmaq, qaçalmalçılıq etmək və s. əməllərlə məşğul olmağınsa bir tövsifi var.

Ümid edirik həmin tövsif A.Məmmədliyə məlumdur və 8 il sonra yenidən əvvəlki əməllərini təkrarlamayacaq.

Gərçi islah olarsa...

Orxan Hun
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
9
milli.az

10Mənbələr