AZ

Mütəxəssislərdən xəbərdarlıq: güclü radiasiya qasırğası olacaq

ABŞ Milli Okean və Atmosfer Administrasiyası əhaliyə bu həftənin sonunda müşahidə olunacaq güclü radiasiya qasırğasına hazır olmaq barədə xəbərdarlıq edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxınlaşan radiasiya fırtınası insanlara mənfi təsir edəcək.

Kosmosdakı radiasiya fırtınaları infrastrukturu zədələyə, elektrik şəbəkələrini və peykləri sıradan çıxara bilir.

ABŞ dövlət agentliyinin Kosmik Hava Proqnozları Mərkəzi əmin edib ki, radiasiya fırtınaları insanlar üçün heç bir təhlükə yaratmır, lakin ABŞ Milli Okean və Atmosfer Administrasiyası bununla razılaşmır.

Mütəxəssislərin fikrincə, bu həftə Yerə çarpması gözlənilən güclü radiasiya dalğası bəzi texnoloji pozulmalara səbəb ola bilər. O, həmçinin Günəş panelinin səmərəliliyini azalda və bortda olan elektron sxemlərə zərər verə bilər.

Bir sözlə, radiasiya qasırğasının rabitə, elektrik şəbəkələri və peyklərdə müvəqqəti nasazlıqlara səbəb olacağı gözlənilir.

Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
bakupost.az

2Mənbələr