AZ

Blinken Kiyevdən dəstək bəyanatı verdi

Ukrayna Rusiya ilə danışıqlara başlamağa özü qərar verməlidir. ABŞ isə istənilən halda Kiyevi dəstəkləyəcək. Rusiya mediasına istinadın xəbər verir ki, bunu  Amerikanın dövlət katibi Entoni Blinken Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

“Danışıqlara gəlincə, bu qərarları ABŞ və ya hər hansı digər ölkə deyil, Ukrayna qəbul etməlidir”, - o deyib.

Blinken vurğulayıb ki, Ukrayna hazır olsa buna ABŞ da cavab verməyə hazır olacaq.

"Biz Ukraynanı qərarlarında dəstəkləyəcəyik", - ABŞ dövlət katibi əlavə edib.

Xatırladaq ki, ABŞ dövlət katibi dünən Ukrayana gəlib. “Reuters”in məlumatına görə, səfər zamanı Vaşinqtondan Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib. Bildirilib ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkrütbəli amerikalı məmurun ilk səfəridir.

O, həmçinin bara gedərək burada vaxt keçirməsi ilə də diqqət çəkib. “ABŞ və dünyanın çox hissəsi təkcə Ukrayna üçün deyil, azad dünya üçün mübarizə aparır”, - deyə Blinken gitarada ifası zamanı qeyd edib.

Dövlət katibi musiqiçilərlə birlikdə 1989-cu ildə Berlin divarının sökülməsindən bir qədər əvvəl yayımlanan “Neil Younqun "Rockin' in the Free World" mahnısını ifa edib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
news365.az

1Mənbələr