AZ

AzMİU-da keçiriləcək Karyera sərgisinə sayılı günlər qaldı

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti dəfə tələbə və məzunlar üçün Karyera sərgisi keçiriləcək. Məşğulluğun artırılması məqsədilə keçirilən sərgidə 80-dən çox dövlət qurumu, müəssisə və təşkilat çox sayda vakansiya və təcrübə proqramı ilə iştirak edəcək.

 

AzEdu.az xəbər verir ki, sərgidə iştirakçı qurumlar tərəfindən AzMİU tələbə və məzunlarına ixtisasları üzrə məşğulluq, iş və təcrübə imkanları təklif ediləcək. 

 

Karyera sərgisi 16 may 2024-cü il tarixində, saat 11:00-da, Ayna Sultanova küçəsi, 11 ünvanında – AzMİU-nun İdman Kompleksində keçiriləcək. 

 

AzMİU rəhbərliyi, Təcrübə və Karyera Mərkəzi universitetin bütün tələbə və məzunlarını sərgidə aktiv iştiraka dəvət edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
azedu.az

1Mənbələr