AZ

Türkiyənin daxili işlər nazirindən çevriliş cəhdi ilə bağlı AÇIQLAMA

Prezidentimizə oyun qurmağa çalışanları məhv edəcəyik. 

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib. 

"Kimlər terror təşkilatları və onların qolları ilə, mütəşəkkil cinayət təşkilatları ilə bir olub FETÖ taktikalarından istifadə edərək prezidentimizə, hökumətimizə və siyasətçilərimizə sosial medianın dəstəyi ilə "oyun qurmağa" çalışırsa, onların oyunlarını da, qurduqları tələləri məhv edəcəyik.

Prezidentimizin rəhbərliyi altında dünən də olduğu kimi, beynəlxalq kartellərə çevrilmiş mütəşəkkil cinayətkar təşkilatlara, şəhər quldurlarına, zəhər alverçilərinə, beynəlxalq təşkilatlanmış mühacir qaçaqmalçılarına, xarici kəşfiyyat xidmətləri ilə əlaqəli qeyri-qanuni strukturlara və cinayət mərkəzlərinə icazə verməmişik və verməyəcəyik. 

Kim FETÖ-yə bənzər gizli şahid taktikası ilə öz qaranlıq nizamının hakim olmasını istəyirsə, biz onların sistemini məhv edirik və məhv etməyə davam edəcəyik.

Hansı qurumun prezidentimizə, hökumətimizə, siyasətçilərimizə qarşı strukturu varsa, biz sona qədər gedib o strukturları müəyyənləşdirib məsuliyyətə cəlb edəcəyik. Mülki müfəttişlərin müvafiq hesabatı qısa müddətdə tamamlanacaq. Atılan hər bir addım və telefon qeydləri araşdırılır. Bu barədə tədbir görüləcək. Əziz millətimiz rahat olsun. Necə ki, separatçı terror təşkilatı (BTÖ) və FETÖ ilə mübarizədə xain yuvalarına girmişiksə, bu cinayət mərkəzlərini gizləndikləri hər çuxurdan tapıb çıxaracağıq", - deyə DİN rəhbəri sosial şəbəkə hesabında yazıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
adalet.az

1Mənbələr