AZ

Ukrayna üçün 2 milyardlıq silah: Blinken elan etdi

Vaşinqton Ukraynaya silah sənayesini gücləndirmək və Kiyevin ABŞ-dan başqa ölkələrdən silah alması da daxil olmaqla, 2 milyard dollar hərbi yardım göndərəcək.

Yenisabah.az AP-yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Onun sözlərinə görə, bu vəsaitlər 3 problemin həlli üçün fond təşkil edəcək: Kiyevə dərhal silah tədarükü, Ukraynanın hərbi sənayesinə, o cümlədən digər dövlətlər üçün istehsal məqsədi ilə investisiya yatırılması və Ukraynanın üçüncü ölkələrdən silah alması.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
yenisabah.az

1Mənbələr