AZ

Blinken: “Artıq Ukraynaya nəsə çatdırılıb”

Blinken:

Dövlət katibi Antoni Blinken ABŞ-ın Ukraynanın xarici hərbi maliyyələşdirilməsinə 2 milyard dollar ayırdığını açıqlayıb.

Reyting.az
xəbər verir ki, dövlət katibi bunu Kiyevdə elan edib.

Onun sözlərinə görə, ümumi məbləği 60 milyard dollar olan yeni əlavə yardımın ilk paketindən hərbi dəstək artıq Ukraynaya gedir. Blinken əmin edib ki, artıq Ukraynaya nəsə çatdırılıb.

“Ancaq bu gün mən Ukraynanın xarici hərbi maliyyələşdirilməsi üçün əlavə 2 milyard dollar ayıracağımızı elan etmək istəyirəm”, - ABŞ dövlət katibi vurğulayıb.

Blinkenin qeyd etdiyi kimi, bu vəsait üç komponentdən ibarət olan müdafiə müəssisələri üçün ilk fonda ayrılacaq. Onlardan biri silah təminatına aid olacaq.

İkinci komponent Ukraynanın ehtiyac duyduğunu istehsal etmək, həm də başqaları üçün istehsal etmək qabiliyyətini daha da gücləndirmək üçün Ukraynanın müdafiə-sənaye kompleksinə sərmayə qoyuluşunu əhatə edəcək.

Üçüncü komponent Ukraynanın digər ölkələrdə hərbi texnikanın alınması üçün bu fonddan istifadəsinə kömək etməyi nəzərdə tutur.

ELÇİN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
reyting.az

1Mənbələr