AZ

Şolts bu ölkəni Çin mallarına rüsumları artırdığına görə tənqid etdi

Almaniya kansleri Olaf Şolts ABŞ-ın Çinin elektrik avtomobillərinə tətbiq etdiyi tarifləri tənqid edib.

Publika.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

Siyasətçi İsveçə səfəri zamanı qeyd edib ki, Çindən gətirilən elektromobillərin yarısı faktiki olaraq Qərb brendlərinin istehsalıdır.

Onun fikirləri İsveçin Baş naziri Ulf Kristersson tərəfindən də dəstəklənib. O bildirib ki, cəzalandırıcı qaydalar yaxşı fikir deyil. Xüsusilə də həm Almaniya, həm də İsveç daxil olmaqla “böyük idxal və ixrac edən ölkələr üçün”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
publika.az

1Mənbələr