AZ

Zelenski cəbhədəki çətin vəziyyətə görə xarici səfərlərini təxirə saldı

Ukrayna prezidenti Vladimir Zelenski cəbhə xəttində, xüsusən Xarkov bölgəsindəki çətin vəziyyətə görə bu həftənin sonuna planlaşdırılan Portuqaliya və İspaniya səfərlərini ləğv edib.

Azpost.info xəbər verir ki, bu barədə “CNN Portugal” yazır.

Bir gün əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Rusiya qoşunlarının hücuma keçdiyi Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri üçün kritik vəziyyətin olduğunu açıqlayıb. O qeyd edib ki, bununla da Rusiya Ukrayna komandanlığını qoşunları cəbhənin digər bölmələrindən, xüsusən də strateji əhəmiyyətli Çasov Yar şəhəri uğrunda döyüşlərin getdiyi Donetsk yaxınlığından köçürməyə məcbur etməyə çalışır.

Budanov əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri yaxın bir neçə gün ərzində cəbhəni sabitləşdirə biləcək, lakin Rusiya Xarkovdan şimalda, Sumı vilayətində yeni hücum planlaşdırır.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
azpost.info

1Mənbələr