AZ

Rusiya və ABŞ ticarət dövriyyəsi 1,5 dəfə yüksəlib

Bu ilin mart ayında Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi bir il yarımda artaraq 471 milyon dollara çatıb. 

Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Qeyd edilir ki, Rusiya uranının ABŞ-a idxalı səbəbindən ölkələr arasında ticarət dövriyyəsi artıb.

Bundan əvvəl ABŞ Dövlət Departamenti bəyan etmişdi ki, Birləşmiş Ştatların Rusiya Federasiyasından uran idxalına qadağası avqustun 12-dən başlayır və 2028-ci il yanvarın 1-dək uzadılır. Departament vurğulayıb ki, ikitərəfli qanun Rusiya uranının 2028-ci il yanvarın 1-dək ABŞ-a idxalını qadağan edir.

Mayın 13-də ABŞ prezidenti Co Bayden Rusiya uranının ölkəyə idxalını qadağan edən qanunu imzalayıb. Məhdudiyyətlər Rusiya Federasiyasının ərazisində və ya ona məxsus şirkətlər tərəfindən istehsal olunan şüalanmamış və az zənginləşdirilmiş urana təsir edib.

Daha sonra Moskvanın Vaşinqtondakı səfiri Anatoli Antonov vəziyyəti şərh edib. O qeyd edib ki, ABŞ administrasiyası Rusiya Federasiyasına strateji iqtisadi məğlubiyyətə uğratmaqla bağlı “uğursuz xətt”ə sadiq qalmaqda davam edir. Diplomat hesab edir ki, Rusiya uranının ABŞ-a idxalına qadağa beynəlxalq ticarət münasibətlərində ciddi təlatümlərə səbəb ola bilər.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
valyuta.az

2Mənbələr