AZ

"Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin artımı əhalinin sosial rifahının artımının göstəricisidir" - Ekspert

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb.Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı ekspert Emin Qəribli bildirib ki, bu, əhalinin sosial rifahının artımının göstəricisidir:

"Ticarət dövriyyəsinin 3 faiz artması göstərir ki, iqtisadi artım gözlənilir.İllik 9 faiz qida, 5 faiz digər məhsullar artıb. Bu, əhalinin sosial rifahının artımının göstəricisidir. Özəl sektorun da payı artmaqdadır. Bu da müsbət haldır. Aparılan islahatlar iqtisadiyyatı qidalandırır. İnanıram ki, artım davam edəcək".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
big.az

1Mənbələr