AZ

Tütündən istifadə qaydalarını pozan və azyaşlılara siqaret satanlar cərimlənib

Hüquqpozmalara qarşı tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı keçirilən profilaktiki tədbirlərlə 200 inzibati protokol tərtib olunub.

Tədbirlər nəticəsində qanunsuz küçə ticarəti ilə məşğul olan 20, tütün məmulatlarından istifadə qaydalarını pozan 53, xırda xuliqanlıq hərəkətlərinə yol verən 41, məişət tullantılarını urnalardan kənara atan 20, azyaşlılara tütün məmulatları satan 7, qanunsuz ov silahı saxlayan 5 nəfər və eləcə də, digər qayda pozuntularına yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
4
apa.az

7Mənbələr