AZ

Bu evlər üçün 1 milyon manat ayrıldı

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri aparılacaq.

“Ölkə.Az”ın məlumatına görə, sözügedən işlərlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi hazırlıqlara başlayıb.

“Az Graft Construction” MMC-yə görüləcək işlərlə bağlı 1 mln 62 min manat ayrılıb.

Könül
Ölkə.Az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
olke.az

1Mənbələr