AZ

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılır - FƏRMAN

Bakı. Trend:

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə NəzarətMərkəzi yaradılır.

Trend xəbər verir ki,Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinintabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və KeyfiyyətəNəzarət Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxsyaradılsın.

2. Müəyyən edilsin ki, Mərkəz “Əhalinin sağlamlığının qorunmasıhaqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibbmüəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin vəəlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibbmüəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulmasıvə inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrindəfəaliyyət göstərən publik hüquqi şəxsdir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsiaşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğvi;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.2.1. Mərkəzin nizamnaməsinin təsdiq olunması və nizamnaməfondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

3.2.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənləristisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” AzərbaycanRespublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsintəsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərinhəlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tibbmüəssisələrinin akkreditasiyası ilə bağlı qanunvericiliyintəkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətindəAzərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. iki ay müddətində:

4.2.1. Mərkəzin nizamnaməsini təsdiq edib AzərbaycanRespublikasının Prezidentinə məlumat versin;

4.2.2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrihaqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişqaydada dövlət qeydiyyatına alındığı gündən Mərkəzin inzibati binailə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlliüçün zəruri tədbirlər görsün;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

5.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsitəsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərindövlət qeydiyyatı və dövlət reyestri haqqında” AzərbaycanRespublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlərgörsün;

5.2. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra onunstrukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini vəəməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri,mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiqetsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçünzəruri tədbirlər görsün.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
31
az.trend.az

10Mənbələr