AZ

Avropa Komissiyası Gürcüstan hakimiyyətini “Xarici agentlər haqqında” Qanunu geri götürməyə çağırıb

Avropa Komissiyası (AK) Gürcüstan hakimiyyətini “Xarici agentlər haqqında” Qanunu geri götürməyə çağırıb.

“Avropa İttifaqı (Aİ) gürcü xalqını və onun demokratiya və Gürcüstanın Avropa gələcəyi lehinə seçimini dəstəkləyir. Jurnalistlərə, siyasi liderlərə və onların ailələrinə qarşı hədə-qorxu, təhdid və fiziki hücumlar qəbuledilməzdir. Biz Gürcüstan hakimiyyətini qanunu geri götürməyə, Aİ-yə üzvlüklə bağlı öhdəliklərini təsdiqləməyə və lazımi doqquz şərti yerinə yetirməyə çağırırıq”, - deyə Aİ diplomatiyasının rəhbəri Jozep Borrel və AK-nın birgə bəyanatında deyilir.

Mənbə: Sputnik Gürcüstan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
24
oxu.az

10Mənbələr