AZ

3 saat aralıqla bir dostunu öldürdü, digərini yaraladı - DƏHŞƏTLİ CİNAYƏT

Əmlakçı Mövlud adlı şəxs 3 saat aralıqla mübahisə etdiyi bir dostunu Hasan adlı dostunu yaralayıb, Necati adlı memar dostunu isə ov tüfəngi ilə öldürüb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Konya bölgəsində baş verib.
 
Belə ki, Mövlud T. (37 yaş) naməlum səbəbdən küçənin ortasında dostu Hasan Aktepe (32 yaş) ilə mübahisə etməyə başlayıb.
 
Mübahisə böyüyüb və Mövlud T. tapança ilə Aktepenin qarnına atəş açaraq qaçıb.
 
Həkimlər Aktepenin həyati təhlükəsinin olduğunu bildiriliblər.
 
Aktepeni yaraladıqdan 3 saat sonra Mövlud T. memar dostu Necati Kılıçı (29 yaş) iş otağında ov tüfəngi ilə güllələyib.
 
Sinəsindən yaralanan Kılıç həyatını itirib və Kılıç şübhəli şəxs qismində polis tərəfindən hadisə yerinə yaxın bir nöqtədə tutulub.
 
Oksana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
azxeber.com

2Mənbələr