AZ

"Mutu pulunu qazanıb getdi, o da alıb gedəcək" - VİDEO

"İtirən "Neftçi" və Azərbaycan futbolu oldu".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Neftçi"nin əcnəbi baş məşqçilərdən heç bir fayda görmədiyini bildirib.

Tanınmış teleşərhçi deyib ki, xarici çalışdırıcı sevdası paytaxt təmsilçisini çox geri salıb.

Ötən ilin yayında gələn Adrian Mutunun 6 ay sonra yola salınmasını xatırladan Abbasov qeyd edib ki, ondan sonra komandanın sükanı arxasına keçən Miodraq Bojoviç "ağ-qaralar"ı ağ zolağa çıxarmağı baxarmayıb.

Onların Azərbaycana yalnız pul arxasınca axışdığını söyləyən ekspertin fikrincə, bundan futbolumuz heç nə qazanmır, əksinə, həm vaxt, həm də maddi cəhətdən itirir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
49
sportinfo.az

10Mənbələr