AZ

Hüquq və İnsan Haqları İnstitutu Penitensiar xidmətin əməkdaşları üçün təlim keçirdi - FOTO

Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları üçün 13-15 may tarixlərində “Təlimçilər üçün təlim” (ToT) adlı 3 günlük təlimlər keçirib. Təlimlər Penitensiar xidmətin əməkdaşlarının insan hüquqları sahəsində biliklərinin və təlimçi kimi bacarıqlarının artırılması məqsədilə təşkil olunub.

E-huquq.az xəbər verir ki, İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev, İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı, Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev, təlimçi-ekspertlər Hamlet Babayev, Heydər Həsən oğlu Əliyev, hüquq tədqiqatçıları Gülnaz Ələsgərova və Araz Abdullasoy təlimçi qismində təqdimatlarla çıxış ediblər.

Təlimlərdə iştirakçılara təlimin keçirilmə qaydaları, təşkili, metodologiyası, insan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi, Konstitusiya və insan hüquqları, Avropa Penitensiar Qaydaları, BMT-nin Məhbuslarla Minimum Davranış Qaydaları, İşgəncələrə qarşı Avropa Komitəsinin Qaydaları və bu kimi digər mövzular ətraflı şərh olunub.

Sonda Penitensiar xidmətin təlimdə iştirak edən 10 nəfər əməkdaşına sertifikatlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
5
e-huquq.az

7Mənbələr