AZ

"Trendyol" qiymətləri qaldırdı, karqolar QAN AĞLAYIR: Azərbaycanda hansı mallar bahalaşacaq? - AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, Türkiyənin onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. Belə ki, qiymətlər 2,5 dəfə qalxıb. Çatdırılma xidmətinə görə rüsum artıq 79,99 lirə (4,23 AZN) deyil, 199,99 lirədir(10,63 AZN).

“Trendyol”un Bakı ofisindən bildirilib ki, yeni qaydalara əsasən müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir.

Məhsulların əksəriyyəti üçün qiymət dəyişməz qalır, yəni minimumla (79,99 TL ) hesablanır. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər”, - deyə Trendyoldan bildirilib.

Maraqlıdır, "Trendyol"dan iri bazarlıqlar edib, mallar satışa çıxaran mağazalarda qiymət fərqi necə hiss olunacaq? "Trendyol" a Azərbaycandan onlayn müştərilərin sifarişləri azalsa, satış yerlərində həmin malların bahalaşmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı Referans.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, "Trendyol"un qiymətləri bahalaşdırması "Trendyol" a təlabatı azaltmayacaq:

"Bahalaşdırmaq onların öz qərarıdır, pul qazanmaq istəyidir. Müştəri bazası formalaşdırıblar, əhalini buna öyrəşdiriblər və bu periodda da çatdırmadan az qazanıblar və ya cüzi qazanıblar. Əsas da məqsədləri olub ki, insanlar bu işə daha çox cəlb olunsun. 200- ə yaxın karqo şirkəti var idi. Mən bir neçəsi ilə görüşmüşdüm. Hamısı qan ağlayırdı ki, pul qazanmaq olmur. Bəziləri də birləşdi, bağlandı. Əvvəllər giriş asan idi, 50- 100 min manata biznes açmaq olurdu. Ona görə də təşəbbüskar kiçik sahibkarlar bu işlə məşğul olurdular, amma pul qazanmaq olmurdu. Qiymətlər çox aşağı idi".

Karqo şirkətlərinin gileylərindən xeyli söz açan ekspert bildirir ki, indi növbə "Trendyol"-undur, necə deyərlər, pul qazanmaq istəyir:

"Həm də bilir ki, artırdığı 3-5 manat o qədər də nəyəsə təsir etməyəcək. Burada nöans bundan ibarətdir ki, xırda sahibkar məhsulu alıb gətirib, bazara satmaq istəyəndə 35-36 faiz vergi verir. Bura 15 faiz gömrük rüsumu, 18 faiz əlavə dəyər vergisi, 2-3 faiz də xidmət xərcləri və s. daxildir. Vətəndaş 300 dollaradək mal gətirəndə bu vergiləri vermir. Amma, xırda biznes vətəndaşa satmaqçün bu məhsulları gətirəndə vergini verir".

İqtisadçı qeyd edir ki "Trendyol"un qiymətləri qaldırmağı məsələni dəyişməyəcək. Onlayn satış kanalı əvvəlki qədər populyar olub, elə də qalacaq: "Hətta, qiymətlər bəzən eyni olsa da, bir müştəri kütləsi var ki, bu onlayn alverin üstünlükləri onlarçün çox əhəmiyyətlidir. Məsələn, evinizdə oturub, məhsulların qiymətini müqayisə edə bilirsiniz, mağazalarda olmayan məhsulları tapa bilirsiniz, rahat şəkildə ödəniş edib, məhsulu qapınızda ala bilirsiniz və s. Bu həddindən artıq komfortlu üstünlüklərdir. Seçim azadlığı, müqayisə edə bilmək və s. insanlara nəyisə almaqçün şans verir".

Müsahib Azərbaycandakı xırda bizneslər, hansı ki, "Trendyol" dan məhsullar gətirirlər, onların qiymətləri qaldırmayacaqlarını deyir:

"Zatən qiymət fərqi 3-5 manatla izah olunmurdu. Bu onlara imkan vermeyəcək qiymətləri qaldırsınlar. Yəni xırda sahibkarlar qiymət rəqabətində onsuz da uduzurlar və nəyisə daha baha satmaq məqsədləri yoxdur. Amma, Türkiyədə geyimlərin qiyməti qalxsa, təbii ki, burada da qalxacaq. Bir şeyi de qeyd edim ki, türk lirəsi davamlı ucuzlaşır. Mal gətirənlər bunu köhnə məzənnə ilə gətiririlər. Amma, vətəndaş məhsuku alanda birjadakı kimi cari məzənnə ilə alır. Lirənin davamlı ucuzlaşması onlayn kanalı cəlbedici saxlayır".

Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
referans.az

1Mənbələr