AZ

“Telefona çox baxmağın zərəri narkamanın bədənə vurduğu zərərə bərabərdir“- Nevropotoloq

"1 həftə ərzində bir uşaq 20 saatdan artıq telefonla məşqul olursa, onun verdiyi zərər bir narkamanın bədənə vurduğu zərərə bərabərdir."

Həkim-nevropotoloq Sevinc Ərəbi bu sözləri News365.az-a deyib.

"Öz aktuallığını  itirməyən problemlərdən biri uşaqların erkən yaşlarda istifadəsinə başladıqları mobil telefon  aludəçiliyi və bunun onların gələcəyinə vurduğu  ziyanlardır. Hər gün yenilənən son model telefonlar, müxtəlif oyun proqramları, sosial şəbəkələr, yaşları ilə mütənasibləşməyən şəkil və videolar, yeniyetmələrin  və gənclərin ayrıla bilmədikləri virtual dünyanın əsas simvollarıdır. Bu simvollar ki, onlardan hədsiz dərəcədə çox istifadə etmək və aludəçisi olmaq məktəblilərə mənfi təsir göstərir  və onlarda  zamanla assosiallıq xüsusiyyətini formalaşdırır.

Övladlarınızda hiperaktivlik, aqressivlik, səbirsizlik, kəkələmə, və digər nevroloji narahatlıqlar varsa, səbəbi telfona çox baxmaqdır. Bu zaman  uşaqlara həkim-nevroloq müayinəsi tövsiyyə olunur"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
news365.az

1Mənbələr