AZ

Britaniyanın ən yeni freqatları quruda raket hücumları həyata keçirə biləcək

Britaniya hakimiyyəti hazırlanmaqda olan yeni nəsil “Type-26” və “Type-31” freqatlarını quru hədəfləri vurmaq üçün raketlərlə silahlandırmaq qərarına gəlib.

Herbiand.az bildirir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.

Müdafiə naziri bildirib ki, belə qərarın verilməsinə Yaxın Şərq də daxil olmaqla, dəniz əməliyyat mühitində dəyişikliklərin olması səbəb olub: “Qırmızı dənizdə baş verən hadisələr həm dəniz, həm də quru hədəfləri vurmaq qabiliyyətinə malik olmağın zəruriliyini yaradır”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
herbiand.az

1Mənbələr