AZ

Lissabonda KAICIID-in Qlobal Dialoq Forumu işə başlayıb

Lissabonda

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Portuqaliyanın Lissabon şəhərində Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Qlobal Dialoq Forumu öz işinə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Transformativ dialoq: Sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusuna həsr edilmiş Forumda KAICIID-in Baş katibi Zuhair Alharthi tədbirin məqsədi barədə danışıb.

Avstriyanın sabiq Prezidenti Haynts Fişerin və Fransanın keçmiş Prezidenti Fransua Ollandın Forum iştirakçılarına məktubları oxunub.

Konstantinopol Ekumenik Patriarxı I Varfolomeyin, İtaliyanın keçmiş Baş naziri Matteo Renzinin, Lissabon şəhərinin meri Carlos Moedasın, Məkkə məscidinin imamı Saleh bin Abdullah əl-Humeydinin, Misirin Baş müftisi Şövqü Əllam İbrahim Abdel-Kərimin, Polşanın Baş ravvini Mixael Şudriçin, Portuqaliya parlamentinin sabiq sədri Auqusto Santos Silvanın məruzələri və çıxışları dinlənildikdən sonra KAICIID-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Forumda KAICIID Direktorlar Şurasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da çıxış ediblər.

Qeyd edək ki, KAICIID dünyanın bütün əsas dinlərinin nümayəndələri tərəfindən idarə olunan yeganə hökumətlərarası təşkilatdır. Təşkilatın missiyası müxtəlif dinlərə və mədəniyyətlərə malik insanlar arasında sülh, tolerantlıq və anlaşmanı təşviq etməkdir. Qlobal Dialoq Forumunun məqsədi isə BMT-nin 2030-cu il Gündəliyində təsbit edilən ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
2
azertag.az

3Mənbələr