AZ

Lənkəranda yeniyetmə poçtda oğurluq etdi

Lənkəran şəhəri ərazisindəki poçt şöbələrindən birindən oğurluq olub. 

Bizim.Media xəbər verir ki, gecə saatlarında naməlum şəxsin poçt şöbəsinin binasının şüşəsini qıraraq içəridən 3 ədəd bağlamanı oğurlaması barədə polisə məlumat daxil olub. 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlin şəhər sakini olan və yetkinlik yaşına çatmayan bir nəfər tərəfindən törədildiyi müəyyən edilib. 

Araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
bizim.media

2Mənbələr