Bakı. Trend:
Visa süni intellektin istifadəsində pionerdir.
Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən FintechSummit-i çərçivəsində paneldə çıxışı zamanı Visa-nın MDB vəCənub-Şərqi Avropada vitse-prezidenti Anton Pyatıgin deyib.
“Visa süni intellektin istifadəsində pionerdir. Biz süniintellektin tətbiqinə maliyyə sektorundan başladıq. Buradainfrastrukturun yaradılması və digər önəmli məqamlara 500 milyondollar sərmayə qoyduq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Visa həmçinin, nağdsız ödənişlərdədələduzluğun qarşısının alınması istiqamətində alternativ fəaliyyətgöstərir.
“2023-cü ildə ümumilikdə 40 milyard dollar dəyərindədələduzluqda şübhəli bilinən tranzaksiyaların qarşısını alıb.Görünən odur ki, dələduzluq halları artır. Biz də buna uyğun olaraqdələduzluqların qarşısının alınması istiqamətində işlərimiziartıraraq davam etdiririk”, - deyə vitse-prezident əlavə edib.
Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank vəMaliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex vəTəhlükəsizlik” adlı FİNTEX SAMMİT 2024 keçirilir.