AZ

Taksi sürücüsünün barmağını kəsdi - VİDEO

Ankarada bir sürücü taksi sürücüsü ilə tıxacda mübahisə edərkən onun barmağını balta ilə kəsib.

News24.az xəbər verir ki, sərnişin götürmək üçün yol kənarında gözləyən Erdi Yıldızın taksisinin güzgüsü yoldan keçən avtomobilə dəyib. Yıldız qəzaya uğrayan avtomobilin sürücüsünə siqnal ilə reaksiya verib.

Bundan qəzəblənən sürücü maşından düşərək, taksi sürücüsü Erdi Yıldıza balta ilə hücum edib. Erdi Yıldız yan oturacağa qaçaraq özünü qorumağa çalışsa da, baş barmağı kəsilib.

Üz və qollarında kəsiklər olan Erdi Yıldız ətrafdakılar tərəfindən kəsilmiş barmağı ilə birlikdə Bilkent Şəhər Xəstəxanasına aparılıb.

Erdi Yıldızın kəsilən barmağı cərrahi yolla bir-birinə tikilərkən, müalicəsi davam edir.

Qeyd edək ki, polis hadisədən sonra qaçan sürücünü tutmaq üçün əməliyyata başlayıb. Hücum anı taksinin təhlükəsizlik kamerası ilə lentə alınıb. Videoda sürücünün taksinin içərisində olan sürücüyə balta ilə hücum etdiyi görünür. Kadrlarda sürücünün atdığı baltadan qaçan Erdi Yıldızın sol baş barmağı da görünüb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
news24.az

1Mənbələr