AZ

Rusiya yenə üçtərəfli razılaşmanı gündəmə gətirir – Qaluzindən açıqlama

“Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 10 və 11-də Almatıda sülh müqaviləsi üzrə danışıqları alqışlayır”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin news.ru saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyin əldə olunması istiqamətində daha bir addım atılıb.

"Biz Astananın bu istiqamətdəki səylərini tam dəstəkləyirik. Danışıqların 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmalara uyğun olaraq, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi müəyyən edilməklə davam etməsi vacibdir”, - Qaluzin bildirib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
azpolitika.info

1Mənbələr