AZ

İrəvanda Azadlıq meydanına bitişik kafelərə 5 saatlıq QADAĞA QOYULDU

İrəvanda Azadlıq meydanına bitişik kafelərə 5 saatlıq qadağa qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, İrəvanda Azadlıq meydanına bitişik bəzi kafelərin bu gün saat 14:00-dan 19:00-a kimi işləməsi qadağan edilib.

Kafelərdən birinin rəhbərliyi qadağanın Polisdən gəldiyini bildirib. Polis nümayəndəsi kafedə olub və Ermənistan Akademik Opera və Balet Teatrının ərazisində bu gün tədbir keçirilməli olduğunu bildirib. Və kafenin işi buna mane ola bilər.

“Kafe sahibi qeyd etdi ki, bu, görünməmiş bir hadisədir. Heç bir rəsmi səfər zamanı kafenin fəaliyyətinə qadağa qoyulmamışdı. Hətta 2008-ci ildəki kimi gərgin daxili siyasi şəraitdə belə bir tələb yox idi”, – Faktinfo qeyd edir.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
interpress.az

2Mənbələr