AZ

İtaliya klubunun təklifini qəbul etmədi - "Qalatasaray"ı çalışdıran

"Fiorentina" yeni mövsüm üçün baş məşqçi postuna axtarışları davam etdirir.

Sportinfo.az xəbər verir ki, Florensiya təmsilçisi "Qalatasaray"ı çalışdıran Okan Burukla görüşüb.

Tərk mütəxəssis italyanların təklifini qəbul etməyib.

50 yaşlı məşqçi "Fiorentina" rəsmilərinə "Qalatasaray"la yeni müqavilə imzaladığını və klubda xoşbəxt olduğunu bildirib.

Okan Buruk 2022-ci ilin yayında "Qalatasaray"ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Super Liqanın qalibi olub.

"Sarı-qırmızılar" hazırda mövsümün bitməsinə iki tur qalmış "Fənərbaxça"dan 6 xal öndə olmaqla liderdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
50
sportinfo.az

10Mənbələr