AZ

Ermənistanda sorğu: 40%-dən çoxu Paşinyanın fəaliyyətini mənfi qiymətləndirib

Ermənistan vətəndaşlarının 40%-dən çoxu baş nazir Nikol Paşinyanın fəaliyyətini mənfi qiymətləndirir, üçdə birindən çoxu onun istefasını tələb edən arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatı müsbət qiymətləndirir.

Yenisabah.az xəbər verir ki, bu, GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin sorğusunda yer alıb.

Sorğuya əsasən, Paşinyanın baş nazir kimi fəaliyyətini respondentlərin 41,1%-i “tamamilə mənfi”, 9,1%-i isə “tamamilə müsbət” qiymətləndirib.

Respondentlərin 35,1%-i Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatını “tamamilə müsbət”, 23,5%-i isə tamamilə mənfi” qiymətləndirib.

Respondentlərin 19,1% hesab edir ki, Paşinyan istefa verməməlidir. 

Sorğu iştirakçılarının 50,5%-i keçid hökumətinə kimin rəhbərlik edə biləcəyini deyə bilməyib, 6,7%-i hesab edir ki, bu, arxiyepiskop Baqrat Qalstanyan olmalıdır.

Eyni zamanda, gələn bazar günü keçiriləcək hipotetik seçkidə respondentlərin 12,8%-i Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasına səs verməyə hazır olacaq.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
yenisabah.az

1Mənbələr