AZ

Ermənistanda daşınmaz əmlak alan və satanlar hansı ölkələrin vətəndaşlarıdır? – Siyahı


Bu ilin mart ayında Ermənistanın daşınmaz əmlak bazarında 4 537 alqı-satqı əməliyyatı olub.
Yeniavaz.com
Ermənistan Milli Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə daşınmaz əmlakın alqı-satqısı 5,4% artıb.
Hesabat ayında ən çox alıq-satqı əməliyyat; paytaxt İrəvanda aparılıb. Ay ərzində İrəvanda 1 453 (ümumi əməliyyatın 32%-i) alqı-satqı əməliyyatı baş tutub. Ən az əməliyyat  isə Vayots-Dzor bölgəsində qeydə alınıb. Bu bölgədə 100 əməliyyat aparılıb.
Daşınmaz əmlakın alqı-satqısı sahəsində torpaqla əməliyyatlar üstünlük təşkil edib (1 934 əməliyyat və ya ümumi əməliyyatın 42,6%). Həmçinin çoxmənzilli binalarda mənzillərin alqı-satqısı üzrə 1 165, yaşayış evləri üzrə 593, qarajlar üzrə 580, ictimai əhəmiyyətli binalar üzrə 216 əməliyyat olub.
Bu ilin mart ayında xarici vətəndaşlar Ermənistanda 108 daşınmaz əmlak alıblar. Bunun 76-sı Rusiya, 11-i ABŞ, 9-u Avropa ölkələri, 5-i MDB ölkələri (Rusiya istisna olmaqla), 3-ü İran, 2-si isə Suriya vətəndaşları tərəfindən həyata keçirilib. 
Xarici vətəndaşlar tərəfindən aparılan 108 daşınmaz əmlak alqı-satqı əməliyyatından 52-si çoxmənzilli binalardakı mənzillər, 19-u qarajlar, 15-i yaşayış binaları, 13-ü torpaq bazarı, 8-i ictimai binalar bazarı, 1-i isə əmlak bazarında olub. Əcnəbilər ən çox İrəvandana (69 əməliyyat) daşınmaz əmlak alıblar. 
Eyni zamanda, bu ilin hesabat ayında Ermənistanda xarici vətəndaşlar tərəfindən 198 daşınmaz əmlak satılıb. Daşınmaz əmlak satışının 148-i Rusiya, 13-ü Avropa dövlətləri, 9-u ABŞ, 7-si MDB ölkələri, 5-i İran, 16-sı isə digər dövlətlərin vətəndaşları tərəfindən aparılıb.
Xarici vətəndaşlar tərəfindən daşınmaz əmlakın satışı üzrə əməliyyatların 81-i torpaq bazarında, 61-i çoxmənzilli binaların mənzil bazarında, 46-sı yaşayış binalarında, 4-ü qarajlarda və ictimai binalar bazarında aparılıb.

Elnur Əli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
1
yeniavaz.com

2Mənbələr