AZ

Həbsxana furqonuna hücum: məhbusu görün necə qaçırdılar

Fransada məhkumları daşıyan avtomobilə uzun lüləli silahlarla atəş açan şəxslər məhbusla birlikdə yoxa çıxıblar.

Publika.az xəbər verir ki, Fransanın Normandiya bölgəsində "Milçək" kimi tanınan Məhəmməd Əmra Ruanda məhkəmədən qayıdarkən bir avtomobil ödəniş məntəqəsindəki həbsxana furqonuna çırpılıb.

Silahlı şəxslər maşından düşərək məhbusları daşıyan avtomobilə atəş açıb, iki həbsxana məmurunu öldürüb. Sonra isə Məhəmməd Əmranı nəqliyyat vasitəsindən götürərək hadisə yerindən qaçıblar. Onların tapılması üçün təxminən 200 nəfərdən ibarət jandarma dəstəsi təyin edilib. Şəhərlərin giriş-çıxışlarını bağlayan jandarma, maşınları bir-bir yoxlayır.

Fransa prezidenti Emmanuel Makron onların tapılması üçün hər şeyin edildiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
publika.az

1Mənbələr