AZ

Rusiya Xarkovun Volçansk şəhərini və daha iki ərazini nəzarətə götürdü

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Volçansk şəhərini nəzarətə götürüb. 

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov “Telegram” kanalında məlumat verib. O, Ukrayna hərbçilərinin ərazini tərk etdiyini qeyd edib. Politoloq vurğulayıb ki, tezliklə bu barədə məlumat rəsmən təsdiqlənməlidir.  

Bundan başqa Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində Qlubokoye və Lukyantsı yaşayış məntəqələrinin də tam nəzarətə götürüldüyünü açıqlayıb. 

Qeyd edək ki, Rusiya ordusu Xarkov vilayəti istiqamətində irəliləyir. Mayın 14-də rus qoşunları Buqrovatka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
bizim.media

1Mənbələr