AZ

Xarkovda döyüşlər yenidən şiddətlənir... - Ukrayna ordusu geri çəkilir

Xarkovda

Xarkov istiqamətində ağır döyüşlər gedir. Rus qoşunları qurudan və havadan irəliləməyə davam edir.

Reyting.az
xəbər verir ki, bunu Xarkov şəhərinin müdafiə qüvvələrinin komandanı general Sergey Melnik CNN-ə deyib.

“Volçansk və Lukyants yaxınlığındakı müəyyən ərazilərdə ukraynalı müdafiəçilər güclərindən daha səmərəli istifadə etmək və regionu hücumdan qorumaq üçün daha əlverişli mövqelərə çəkilməyə məcbur olublar”, - Melnik əlavə edib.

Məlumata görə, Ukrayna qoşunları 11 hücumun qarşısını alıb və Rusiyanın Qlubokoye və Lukyantsevdən Liptsıya və Şebekinodan (Rusiya) Volçanska doğru irəliləyişini dayandırıb. Hazırda daha üç hücum davam edir. Rusiya aviasiyasının Xarkova endirdiyi zərbə nəticəsində 4-ü uşaq olmaqla 24 nəfər yaralanıb, yaşayış binalarına ziyan dəyib. Hücum nəticəsində bir nəfər də həlak olub.

Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Xarkov vilayətinin Buqrovatka kəndini nəzarətə götürüb və Ukrayna Silahlı Qüvvələrinin Veseliy, Volçansk və Lipts məntəqələrində qüvvə və texnikasını məhv edib.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
reyting.az

1Mənbələr