AZ

Orta məktəblərdə rəqəmsal bacarıqlarla bağlı layihə həyata keçirdik - Ceyhun Kərimov

Bakı. Trend:

Hər kəs süni intellek haqqında danışır, amma biz gələcəkillərdəki ixtisaslarda konkret hansı tələblər olacaq deyəbilmərik.

Trend xəbər verir ki, bu barədə bu gün Peşə təhsili üzrə DövlətAgentliyinin direktoru Ceyhun Kərəmov “GSMA M360 Eurasia 2024”konfransı çərçivəsində keçirilən “Rəqəmsal genetikamız- Sabahınbacarıqları” adlı paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, rəqəmsal bacarıqlar gələcək işlərin bir parçasıolacaq.

“Biz çalışmalıyıq ki, davamlı işçi qüvvəmiz olsun. Yaxın illərdəorta məktəblərdə rəqəmsal bacarıqlarla bağlı layihə həyatakeçirdik. Peşə məktəblərində təhsil alan 30 min tələbədən 5 miniİKT üzrə təhsil alır. Biz bunu əsas ixtisaslardan biri hesabedirik.

Təcrübə 2-3 illik təhsil bir çox sahələrdə faydasız olur. Hələki, iki məktəbdə yeni layihə sınayırıq. Hansı ki, tələbə 3 gündərsdə, 2 gün iş yerində olur. İKT elə bir sahədir ki, biz burayarahatlıqla vəsait ayırırıq. İKT təhsili olmayanlar əmək bazarındaözlərinə iş tapa bilməyəcəklər”,- deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “AzercellTelekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyalarıətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq vəregional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyiciqurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm dədigər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçünbütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyətihaqqında danışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
az.trend.az

1Mənbələr