AZ

Qarabağdakı Sülhməramlı Qüvvələrin komandanı Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub

Rusiya Federasiyasının Qarabağdakı Sülhməramlı Qüvvələrinin komandanı, general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub.

APA-nın xəbərinə görə, bu barədə Xocalıda Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ ərazisindən çıxarılmasına həsr olunmuş təntənəli mərasimdə bildirilib.

Həmçinin Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçuları iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə medallarla təltif olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
17
apa.az

10Mənbələr