AZ

Azərbaycanda nikah yaşı ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ

Bakı. Trend:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasənAzərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilib.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmiinstaqram hesabında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlarMərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsininhəkim-metodisti Afət Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, nikah yaşı yetkinlik yaşına çatma iləmüəyyən olunur.

“18 yaş vətəndaşın tam hüquq qabiliyyəti əldə etdiyi vaxtatəsadüf edir. Bu da o deməkdir ki, insan öz hüquqlarını dərk edərəkhərəkət edir və məsuliyyət daşımaq bacarığı var və ona hazırdır.Ailəsi, həmçinin gələcək uşaqları qarşısında olan mənəvi borcunuyerinə yetirməyə hazırdır və cavabdehdir”.
A.Məmmədova bildirib ki, bu səbəblərdən ailənin 18 yaşından tezqurulması erkən nikah hesab edilir:
“Erkən nikahı qadağan edən qanun və qaydaların olmasına baxmayaraq,bir çox ölkələrdə erkən nikah praktikası mövcuddur və Azərbaycandada bu hallar istisna deyil”, - deyə A.Məmmədova əlavə edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
13
az.trend.az

10Mənbələr