AZ

Parlamentdə yeni qanun layihələri qəbul edildi

İran parlamenti şənbə gününün həftəsonu tətilinə əlavə edilməsi haqqında qanun layihəsini təsdiqləyib.

"Cebhe.info" xəbər verir ki, "Tesnim" xəbər agentliyinin məlumatına görə, Sosial Məsələlər Komissiyası tərəfindən qanun layihəsi parlamentdə deputatların səsverməsinə çıxarılıb.

İlk olaraq cümə axşamının tətil edilməsi təklifi 75-ə qarşı 132 səslə rədd edildikdən sonra şənbə günü səsverməyə çıxarılıb.

Şənbə gününün həftəlik tətilə əlavə edilməsi 136 lehinə, 66 əleyhinə və 3 bitərəf olmaqla təsdiq edilib.

Ölkədə həftəsonu tətilləri hazırda cümə günü tam, cümə axşamı isə yarım gündür.

Bəzi mühafizəkarlar cümə axşamını mədəni və dini bayramlar üçün daha uyğun görsələr də, iş adamları beynəlxalq ticarətlə inteqrasiyanı təmin etmək üçün şənbə gününün tətil olmasını istəyirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
cebheinfo.az

1Mənbələr