AZ

Ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Beynəlxalq Ailə Günü, hər il 15 may tarixində qeyd olunur. Bu xüsusi gün, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi qərarla təsis edilmişdir. Azərbaycan isə 2008-ci ildən bu ənənəyə qoşulub. Beynəlxalq Ailə Gününün məqsədi, dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə yönəltmək və ailə dəyərlərinin qorunub saxlanılmasını təşviq etməkdir. Bu gün, ailələrin əhəmiyyətini vurğulamaq, onları dəyərləndirmək üçün bir fürsət təşkil edir. Ailələr insanların həyatında ən əsas vəziyyətdə olan birliklərdir. Onların dəyəri cəmiyyətin möhkəmlənməsinə və insanların sağlam yetişməsinə təsir edir.

Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyib: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır” O, ailənin sosial-mədəni inkişafda və milli dəyərlərin qorunmasında mühüm rol oynadığını və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd etmişdir. Ailə, hər bir fərdin inkişafı və cəmiyyətin rifahı üçün əsas daşdır və bu, Azərbaycanın mədəni irsinin ayrılmaz bir hissəsidir.

Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələrə sevgi, dəyər və birgə yaşayışın əhəmiyyətini vurğulayır, hər bir ailə üzvünü möhkəm və sağlam bir dünya yaratmağa dəvət edir, xoşbəxtlik, anlayış və mərhəmət dolu bir həyat arzulayıram!

Ailə Gününüz mübarək!

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
ikisahil.az

1Mənbələr