AZ

İrəvan Azadlıq meydanına xeyli sayda hərbi texnika toplayır - VİDEO

Ermənistan rəhbərliyi xeyli sayda polis qüvvələrini “Vətən naminə Tavuş” hərəkatının mitinqinin keçiriləcəyi Azadlıq meydanına toplayıb. News365.az xəbər verir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb.

Qeyd edilir ki, opera teatrı binasının yaxınlığında həm xüsusi texnika, həm də polis əməkdaşlarını daşıyan çoxlu sayda yük maşınları gözə dəyir.

"Bu gün saat 17:00-da Avropa Yenidənqurma və İnkişaf Bankının beynəlxalq forumu olacaq. Məlum olduğu kimi, orada baş nazir Nikol Paşinyan da iştirak edəcək. Etiraz hərəkatının iştirakçıları Opera teatrının ətrafına toplaşaraq hakimiyyətin siyasətinə etirazlarını bildirmək niyyətindədirlər", - nəşr yazıb.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
news365.az

1Mənbələr