AZ

Şagirdlərə riyaziyyatı necə sevdirək? - "Örnək müəllim"dən İZAH

Ötən gün Beynəlxalq Riyaziyyat Olimpiadalarında qızıl medalların 2023-cü il üzrə siyahısı açıqlanıb.

 

Statistikada Azərbaycan 73-cü yerdə qərarlaşıb.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan 301 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, Örnək müəllim Kamil Dünyamalıyev şagirdlərin daha yaxşı yetişməsi, irəli getməsi üçün ilk növbədə valideyn-müəllim əlaqələri mütləq şəkildə yaxşı qurulmalıdır:

 

“Müasir texnologiyaların inkişaf etdiyi dövrdə əvvəlki şagirdlərlə, indikilər arasında böyük fərq var. Hazırda standart dərs metodları ilə şagirdlərin fikrini dərsə, o cümlədən riyyaziyyat kimi diqqət tələb edən sahəyə cəlb etmək qeyri-mümkündür. Şagirdlərin əksəriyyəti dərsləri əyləncəli şəkildə keçirilməsini istəyirlər. Ona görə də düşünürəm ki, riyaziyyat dərsində əyləncəyə də yer verməklə, onları bir növ diqqətini fənnə yönəltmiş olarıq”.

 

K.Dünyamalıyev riyaziyyat fənninə maraq oyatmağın yollarından danışıb:

 

“Bir neçə dərsi 6-cı siniflərlə müxtəlif yarışlar şəkilində təşkil edirəm. Apardığım ekspermentdən deyə bilərəm ki, bu cür dərslərin keçirilməsi həqiqətən də şagirdlər arasında böyük marağa səbəb olur. Hətta oxumayan şagird belə həmin yarışda iştirak edib nəyəsə maraq göstərir.

Hesab edirəm ki, riyaziyyatın proyektor və simulyatorlar vasitəsilə keçirilməsi daha məqsədəuyğun olar. Çünki bu formada riyaziyyat təbliğ olunsa, o zaman daha çox istedadlı şagirdlərin yetişməsinə zəmin yaratmış olar. Belə olanda şagirdlər dərsi görməklə daha çox qavrayar nəinki yazılı formada.

Riyaziyyat müəllimlərin xarici ədəbiyyatdan istifadə etməsi vacibdir. Çünki digər ölkələrin təhsil təcrübəsindən yararlanmaqla düşünürəm ki, irəli getmək olar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
azedu.az

1Mənbələr