AZ

Ermənistanı Ukraynanın taleyi gözləyir? - Ərəb Ekspertlərin Şərhində

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin sonunda Avropa İttifaqına üzv olmağa hazır olduğu bildirib. Bəs Paşinyanın verdiyi bu qərar Cənubi Qafqaz da ikinici Russia- Ukrayna müharibəsinə səbəb ola bilər mi? Bu qərar Azərbaycan və Ermənistan arasında sülh prosesinə necə təsir edəcək?


Məsələ ilə bağlı ərəb məsələləri üzrə ekspert Əli Əl-Hofi Ednews -a özəl açıqlama verib.


“Cənubi Qafqaz təbii sərvətlərlə zəgin olduğunudan, beynəlxalq ticarət yolları oradan keçdiyi üçün Avropa və Asiya arasında neft-qaz nəql edilməsində aparıcı rol oynadığı üçün strateji bir regionuna çevrilib. Bunun üçün Qənubi Qafqaz ABŞ və Aİ-nin marağına səbəb olub.
Aİ Azərbaycan və Ermənistan arasında olan böhranından istifadə edərək Ermənistanı ona birləşdirməyə çalışır. Lakin bu Rusiya və Aİ arasında hərbi toqquşmaya səbəb ola bilər, ikinci Qarabağ müharibəsindən sonra Ermənistan siyasətində belə bir inanc yarandı ki, Rusiya Ermənistanı öz təhlükəsizliyini qorumaqda dəstəkləməyib və buna görə də ermənilərin təhlükəsizliyini təmin etmək üçün alternativ ABŞ və NATO-dur”.


İraq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Dr. Moataz Mohi Abdel Hamid də məsələyə münasibət bildirib.
Onun sözlərinə görə Paşinyanın aldığı qərar Ermənistan parlamenti və xalqın dəstəyini Fransadakı erməni lobbisinin dəstəyini qazandıqdan sonra verilib.
“Qarabağ münaqişəsi bitməsinə baxmayaraq erməni lobbisi Fransa da hələ də güclü təsiri var və bu təsirdən istifadə edərək Aİ -nın digər ölkələrinə Erməistana  Azərbaycanla növbəti müharibədə özünü müdafiə etmək üçün silah və hərbi sursat ilə təmin etmək üçün taziq göstərir”.

   
Hərbi ekspert həmçinin Ermənistan - Rusiya münasibətlərinə də toxunub: 


“Ermənistanın Rusiyaya qarşı siyasəti dəyişib və tədricən Moskvadan uzaqlaşmağa başlayıb, bu siyasi prosesləri təhilil etsək görərik ki, Aİ qurduğu plana davam edir bu  da Ermənistanı Aİ və NATO ya üzv olması ilə nəticələcək.
“Lakin Rusiya Prezidenti Vladimir Putin buna heç vaxt icazə verməyəcək, çünki Ermənistanın yerləşdiyi yer Ukraynadan köklü şəkildə fərqlənir və Ermənistan  Rusiyanı hərbi və strateji cəhətdən zəiflətmək üçün əlindən gələni edəcək”.

Loğman Yunis

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
ednews.net

1Mənbələr