AZ

Qlobal neft hasilatı ötən ay 200 min barel azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (BEA) qlobal neft hasilatının ötən ay 102 milyon barelə düşdüyünü bildirib.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) aprel ayı üzrə neft bazarı hesabatı dərc olunub.

Hesabata əsasən, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı aprel ayında əvvəlki ayla müqayisədə gündəlik 120 min barel artaraq 26 milyon 970 min barelə çatıb. Bu dövrdə “OPEC”in xam neftdən əlavə qeyri-ənənəvi hasilatı isə gündəlik 5 milyon 530 min barel hesablanıb.

Bununla da “OPEC”inn ötən ay ümumi neft hasilatı gündəlik 32 milyon 500 min barel olub.

Hesabatda qeyd edilir ki, “OPEC”ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı isə sözügedən dövrdə gündəlik 310 min barel azalaraq 69 milyon 560 min barelə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
banco.az

1Mənbələr