AZ

“Demişdim ki, Qarabağı tərk etməsəniz, oralar sizə məzar olacaq” — Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri

“2014-cü ildə bir mitinqdə çıxışım zamanı demişdim ki, Qarabağ sizin deyil, sizin olmayacaq, bir gün o torpaqları tərk etməsəniz, oralar sizə məzar olacaq. Bundan sonra ermənilər bizi məhkəməyə verdilər. 2020-ci ildə məni cəzalandırdılar, 6 həftə dövlətə pulsuz işlədim, bir ay da şərti həbs cəzası verdilər”.

Bunu Demokrat.az-a açıqlamasında Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın deyib. O qeyd edib ki, Vətən müharibəsinin gedişində Ermənistanın Gəncəyə raket hücumları zamanı da Haaqada Ermənistan səfirliyinin qarşısında etiraz əlaməti olaraq növbəti mitinq keçirildi:

“O vaxt da eyni fikirləri vurğuladıq, Qarabağı tərk etməyə səslədik erməniləri. Sülhə, barışa səslədik. Xaricdəki ermənilər toplu şəkildə fəaliyyət göstərir, diasporları güclüdür. İştirakım olmadan barəmdə məhkəmə işi açıldı. Məhkəmə haqqımda iki ay həbs cəzası və min avro məbləğdə cərimə qərarı çıxardı. Buna etirazımı bildirdim. Bu gün Avropa vaxtı ilə saat 15:00-da apelyasiya məhkəməsi baş tutacaq.  
İnanıram ki, haqq-ədalət mütləq öz yerini tapacaq. Necə ki, 30 ildən sonra Azərbaycan öz torpaqları üzərində haqqını bərpa etdi, mən də inanıram ki, ədalət növbəti dəfə bərpa olunacaq. İnanıram ki, hər bir erməninin haqqımızda açdığı məhkəmə işlərinin sonu gəlib çatacaq. Bizdən fərqli olaraq ermənilər kollektiv şəkildə iş görürlər, aralarında birlik var, bizdə isə təəssüf ki, bu birlik yoxdur. Hər şeyə rəğmən inanıram ki, bütün çətinliklərdən üzüağ çıxacayıq”.

Qeyd edək ki, Bu gün Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçiriləcək. 2020-ci ilin oktyabr ayında Gəncəyə raket hücumları zamanı Haaqada Ermənistan səfirliyi önündə etiraz edən İ.Aşkını bu çıxışlarına görə ermənilər məhkəməyə veriblər. O, keçən il Lahey məhkəməsinin qərarı ilə 1000 avro məbləğində cərimə olunub və iki aylıq həbs cəzasına məhkum edilib.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
demokrat.az

1Mənbələr