AZ

Azyaşlının dəm qazından ölümü ilə bağlı TƏFƏRRÜAT - FOTO

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda dəm qazından zəhərlənərək həyatın itirən 2010-cu il təvəllüdlü Emil Emin oğlu Hümbətov dəfn olunub. Onun bacısı 2008-ci il təvəllüdlü Filiz Hümbətovanın isə vəziyyətinin ağır olduğu bildirilir. 

Bizim.Media xəbər verir ki, Boyat kənd ərazi nümayəndəsi Gülnarə Məmmədova hadisə ilə bağlı bəzi təfərrüatları danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

İki azyaşlı dəm qazından zəhərləndi - BİRİ ÖLDÜ


O, bildirib ki, qaz sobasının havalanma yerində quşların yuva qurması dəm qazının evə sızması ilə nəticələnib.

"Uzun müddətdir mövsümlə bağlı istilik sobalarından istifadə olunmurdu. Ona görə sərçələr sobanın havalanma borularında yuva qurub. Ailə isə qonaq getdikləri yerdən gecə evə gəlib sobanı yandırıb yatıblar", deyə Gülnarə Məmmədova bildirib.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
bizim.media

1Mənbələr