AZ

NASA və Boeing “Starliner”-in ekipajla ilk uçuşunu növbəti dəfə təxirə salıb

NASA və Boeing şirkəti “Starliner”-in ekipajla həyata keçirilən ilk uçuşunu növbəti dəfə təxirə salıb. Uçuş mayın 21-dən tez olmayacaq.

Herbiand.az bildirir ki, bu barədə “ArsTechnica” korporasiyaya istinadən xəbər verir.

Gözlənilir ki, “Atlas V” raketinin kosmik gəmi ilə birlikdə buraxılışı mayın 21-də baş tuta bilər. Əvvəllər mayın 17-nə planlaşdırılan buraxılış kosmik gəminin xidmət modulunda maye helium sızmasının aradan qaldırılması zərurəti ilə əlaqədar təxirə salınıb.

Gəmi iki dəfə - 20 dekabr 2019-cu il və 19 may 2022-ci illərdə ekipaj olmadan göyə qalxıb.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
herbiand.az

1Mənbələr