AZ

“Birbaşa reyslərin sayı artırılmalıdır” — AÇIQLAMA

Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov jurnalistlərə açıqlamasında xarici ölkələrə birbaşa reyslərin açılmasının vacib olduğunu deyib. O qeyd edib ki, Azərbaycanda turizmin inkişafı üçün xarici ölkələrlə birbaşa reyslərin sayı artırılmalıdır: "Turizm şirkətləri turpaketlərin qiymətini formalaşdırarkən ilk olaraq logistikaya diqqət yetirir. Ona görə də yaxşı olardı ki, birbaşa reyslərin sayı artırılsın. Belə ki, bu, turizmin inkişafını təşviq edən əsas amillərdəndir", - deyə G.Qəhrəmanov əlavə edib. .

Turizm eksperti Ceyhun Aşurov da Demokrat.az-a açıqlamasında bildirib ki, ölkədə turizmin inkişafı və daha çox turistin cəlb edilməsi üçün rahatlığı təmin edən şərtləri artırmaq lazımdır:

“Viza prosedurlarının sadələşdirilməsi, vizaların aradan qaldırılması, eyni zamanda birbaşa reyslərin açılması turistlərin ölkəmizə gəlməyini asanlaşdırır. Ümumiyyətlə, turistlər daha çox gediş-gəlişin rahat olduğu, əlavə prosedurlara ehtiyac olmayan yerlərə səfər edirlər. Bu mənada birbaşa reyslərin açılması xarici ölkələrdən gələn turistlərin sayına ciddi şəkildə təsir edəcək. Hətta Hindistandan gələnlərin sayı əvvəlki illərə nisbətən 7 dəfəyə yaxın artıb. Bakıya, eləcə də ölkənin digər beynəlxalq hava limanlarına uçuşların artırılması prosesi asanlaşdıracaq. Bu da turist sayına müsbət təsir edən amildir”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
demokrat.az

1Mənbələr