AZ

STM-də seminar: "Arterial hipertenziya dislipidemiya ilə: Müalicəyə necə yanaşmalı?"

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan 1 nömrəli Xəstəxanada Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor İsax Mustafayev “Arterial hipertenziya dislipidemiya ilə: Müalicəyə necə yanaşmalı?" mövzusunda seminar keçirib.

 

Bu barədə Aztibb.az-a STM-dən xəbər verilib.

 

Terapevtlərin və digər ixtisas həkimlərinin iştirak etdiyi seminarda çıxış edən STM-nin direktor müavini Ramin Qasımov iştirakçıları salamlayaraq uğurlar arzulayıb. Bu kimi seminarların ihəkimlərin biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

 

Geniş təqdimatla çıxış edən professor İsax Mustafayev arterial hipertenziya haqqında geniş məlumat verib, aparılan tədqiqatlardan və xəstəliyin müalicəsində tətbiq olunan beynəlxalq təcrübədən danışıb.

 

İ.Mustafayev müasir müalicə metodlarından istifadə edərək, xəstələrə düzgün nəzarəti necə təmin etməyi diqqətə çatdırıb. Öz təcrübəsində rastlaşdığı klinik halları həkimlərlə paylaşıb.

 

Qarşılıqlı fikir mübadiləsilə davam edən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
aztibb.az

1Mənbələr